Fikonu güllələyən şəxs bu tarixdə məhkəmə qarşısına çıxacaq
Slovakiyanın Baş naziri Robert Fikoya sui-qəsddə şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Agence France-Presse" məhkəmənin mətbuat katibinə istinadən məlumat yayıb.
Məlumatda o da qeyd edilib ki, prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib.
Sultan AYXAN