Bronxlarında budaq olan məktəbli xilas edildi
Rusiyanın Voronej şəhərindəki 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri budaq parçası ilə nəfəs alan 12 yaşlı uşağın həyatını xilas ediblər.
Redaktor.az "mk.ru"ya istinadən xəbəbr verir ki, bu barədə xəstəxananın mətbuat xidmətindən bildirilib.
Məktəbdə öskürərkən ağzından qan gələn şagirdii təcili yardım maşını xəstəxanaya aparıb.
Oğlan həkimlərə deyib ki, oynayarkən budaq çeynəyib, onun bir hissəsi boğazına gedib.
Müayinədən sonra həkimlər ümumi anesteziya altında bronxoskopiya etmək qərarına gəliblər.
“Sol əsas bronxda yad cisim aşkarlanıb. Endoskopik xaricetmə aparılıb”, - xəstəxananın mətbuat xidmətindən bildirilib.
Çıxarılan budağın ölçüsü 2,3 ilə 0,8 smolub.
Sultan AYXAN