Mirzoyan onunla Azərbaycanla danışıqlar prosesini müzakirə etdi

 19:29 17.05.2024     222

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Avstriya xarici işlər naziri Aleksandr Şallenberq Azərbaycanla Ermənistan arasında danışıqlar prosesini müzakirə edib.

Redaktor.az xəbər verir ki, bu barədə Avstriya XİN rəhbəri "X" hesabında bildirib.

Strasburqda Avropa Şurası XİN rəhbərləri Komitəsinin iclası çərçivəsində ermənistanlı həmkarı ilə görüşdüyünü qeyd edən Aleksandr Şallenberq bildirib ki, görüş zamanı tərəflər ikitərəfli və Aİ əməkdaşlığı, eyni zamanda, Ermənistan-Azərbaycan danışıqlarının vəziyyətini müzakirə ediblər.

"Sülh və sabitliyin bütün regionun iqtisadi potensialını ortaya çıxacağını vurğuladım", - o əlavə edib.