Zaxarova onları hədələdi: “Siz odla oynayırsınız”

 19:31 17.05.2024     198

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 16-sı və 17-də Ukraynanın Krım, Krasnodar diyarı və Rusiyanın digər bölgələrində pilotsuz uçuş aparatları və pilotsuz qayıqlardan istifadə etməklə kütləvi hücumlar həyata keçirməyə cəhd etməsi ilə bağlı yayılan xəbərləri şərh edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

O, Moskvanın Vaşinqtonu, Londonu, Brüsseli, digər Qərb paytaxtlarını, eləcə də nəzarətində olduqları Kiyevi “irmənalı şəkildə xəbərdar edib ki, “odla oynayırlar”.

"Rusiya öz ərazisinə bu cür təcavüzləri cavabsız qoymayacaq", - diplomat XİN-in saytında dərc olunan şərhdə qeyd edib.

Zaxarova həmçinin qeyd edib ki, Ukraynanın Qərb silahlarından istifadə etdiyi bu hücumlarının arxasında Amerika və Qərb kuratorlarının profili açıq şəkildə ortaya çıxır.

O xatırladıb ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün getdikcə daha çox uzaqmənzilli silahlar tədarük edən və onların Rusiyaya qarşı istifadəsinə icazə verən ABŞ və Böyük Britaniyadır.

Sultan AYXAN