"Avropa ölkələri müdafiə baxımından ABŞ-dən çox asılıdır" - Stubb

 20:37 17.05.2024     227

"Fransa prezidenti Emmanuel Makronun Avropa üçün “strateji muxtariyyət” ideyası həyata keçirilə bilməz, çünki Avropa ölkələri müdafiə baxımından ABŞ-dən çox asılıdır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb Britaniyanın "BBC" Yayım Korporasiyasına müsahibəsində deyib.

"Düşünürəm ki, biz bundan kifayət qədər uzağıq. Strateji muxtariyyət mütləq pis bir şey deyil, amma real deyil. Finlandiyanın müdafiəsi Amerika silahlarından çox asılıdır. Biz indicə 64 "F-35" qırıcısı aldıq", - Stubb deyib.

Eyni zamanda o, etiraf edib ki, Avropa öz təhlükəsizliyini təmin etmək üçün, o cümlədən müdafiə sənayesini gücləndirməklə daha çox özünə arxalanmalıdır.

Yusif EYVAZLI