"Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi fürsəti var" - Barbok
Almaniyanın xarici işlər naziri Annalena Barbok Almaniyanın Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın sülhə nail olmaq üçün tarixi fürsəti var.
Həmçinin Annalena Barbok erməni həmkarı Ararat Mirzoyan ilə söhbətində Almaniyanın sülh prosesinə dəstəyini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Yusif EYVAZLI