Gürcüstanın keçmiş dövlət naziri vəfat etdi

 21:14 17.05.2024     220

Gürcüstanın keçmiş dövlət naziri və Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Avtandil Jorbenadze 72 yaşında vəfat edib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Zviad Qamsaxurdiyanın oğlu Georgi Qamsaxurdiya məlumat verib.

“Mənim ən böyük və ən yaxın dostum, dostlarımın atası, yaxşılığın, insanlığın və hər şeyin müsbət təcəssümü olan Jorbenadze vəfat etdi, qüsursuz bir peşəkar, vətənpərvər və başdan ayağa gürcü”, – Qamsaxurdia "Facebook"da yazıb.

Yusif EYVAZLI