Almaniyanın pivə kraliçası o seçildi

 22:36 17.05.2024     243

Almaniyada Bavariya Pivəçilər Assosiasiyası yeni pivə kraliçasını seçib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Başlıq Bavariya ştatının Ensdorf şəhərindən olan 22 yaşlı Linnea Kleeyə verilib. Finalda o, dörd rəqibini məğlub edib.

Pivəçi olmağı ona atası məsləhət görüb. Bundan əlavə, qız futbol oynayır. O, yerli həvəskar komandanın yarımmüdafiəçisidir.

Yusif EYVAZLI