Avstriya onları ekstremist adlandırdı
Avstriya Xarici İşlər Nazirliyi yəhudi mühacirlərin Qəzzaya humanitar yardım aparan karvana hücumunu pisləyib və bu kimi hadisələrin hərtərəfli araşdırılmasını istəyib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə agentlik "X" sosial media saytındakı yazıda bildirib.
"Ekstremist məskunlaşmaların Qəzzaya yardım karvanlarına təkrar hücumları qınaq obyektidir və dayandırılmalıdır".
Avstriya Xarici İşlər Nazirliyi İsrail hakimiyyətini bu cür hadisələri hərtərəfli araşdırmağa çağırıb.
Yusif EYVAZLI