Britaniyanın ilk milyarder musiqiçisi oldu

 23:48 17.05.2024     211

"The Beatles" rok qrupunun həmtəsisçisi Pol Makkartni 1 milyard funt-sterlinq sərvəti (indiki məzənnə ilə 1,27 milyard dollar) olan ilk britaniyalı musiqiçi olub.

Redaktor.az xəbər verir ki, "The Times" qəzetinin dərc etdiyi Böyük Britaniyanın ən varlı adamları siyahısında ser Pol və həyat yoldaşı Nensi 165-ci yerə yüksəliblər.

Bir il ərzində musiqiçi "Got Back" turu sayəsində sərvətini 50 milyon funt-sterlinq (63,3 milyon dollar) artırıb. Sənətçi səfər zamanı 35 konsert verib.

O, həmçinin 1968-ci ildə amerikalı müğənni Beyonsun təqdim etdiyi "Blackbird" mahnısının müəllif hüququ və qapağından gəlir əldə edib.

Yusif EYVAZLI