İsraildəki sistemə ehtiyacımız var

 12:49 18.05.2024     172

ABŞ-nin keçmiş prezidenti Donald Tramp İsrailin etdiyi kimi ölkədə “Dəmir günbəz” raketdən müdafiə sistemi yaradacağına söz verib.

Redaktor.az xəbər verir ki, o Minnesota ştatında Respublikaçıların tədbirində çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

“Ölkəmizin üzərində “Dəmir günbəz” tikəcəyik. Bu, ABŞ üçün təhlükəsizlik şəbəkəsi olacaq. Oxşar sistem İsrail dövlətinin qorunmasında böyük rol oynayır”, - deyə Tramp bildirib.

“Əgər onlarda (israillilərdə) bu olmasaydı, İsrail də olmazdı. Bizim də eyni müdafiə sisteminə ehtiyacımız var”, - o əlavə edib.