Yeni Kaledoniyada öldürülən aksiyaçıların sayı ARTDI
Yeni Kaledoniyada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə BFM TV kanalı məlumat yayıb.
Bildirilib ki, arxipelaqın şimal hissəsindəki şəhərlərdən birində atışma zamanı daha bir nəfər ölüb. Bununla da etiraz aksiyalarında ölənlərin sayı 6-ya çatıb.
Həmçinin qeyd olunub ki, iki nəfər yaralanıb. Zərərçəkənlər yerli xəstəxanaya çatdırılıb.