6 türk əsgəri İranla sərhəddə ağır YARALANDI

 15:47 18.05.2024     256

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Qəza nəticəsində 11 hərbçi yaralanıb.

Onlardan 6-sının durumunun ağır olduğu bildirilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.