Respublikaçılar Nümayəndələr Palatasının spikerini əvəz etmək istəyirlər
ABŞ Konqresində Respublikaçılar Partiyasının nümayəndələri keçmiş prezident Donald Trampın namizədliyini dəstəkləməsinə baxmayaraq, Nümayəndələr Palatasının hazırkı sədri Mayk Consonu noyabrda Kapitoliyada keçiriləcək seçkilərdən sonra partiya lideri kimi əvəz etməyi planlaşdırır.
Redaktor.az-ın məlumatına görə, bu barədə “Axios” mənbələrə istinadən xəbər verir.
Nəşrin həmsöhbətləri iddia ediblər ki, Nümayəndələr Palatasının spikeri vəzifəsinə iddiaçılardan biri artıq öz namizədliyinin irəli sürülməsi üçün gizli hazırlıqlarla məşğul olan Ədliyyə Komitəsinin hazırkı rəhbəri Cim Cordandır.