Zurabişvili Makronu Gürcüstana dəvət etdi
Gürcüstan Prezidenti Salome Zurabişvili Fransa Prezidenti Emmanuel Makronu etirazlar fonunda Gürcüstana səfər etməyə dəvət edib.
Redaktor.az xəbər verir ki, bu barədə Zurabişvili Fransanın "La Tribune Dimanche" nəşrinə açıqlamasında bildirib.
"Mən Prezident Makrona yazdım ki, onu 26 mayda Gürcüstanın Müstəqillik günündə gözləyirəm... Risk altında olan təkcə Gürcüstan deyil, bu, Qafqazın tamamilə Sovet boyunduruğu mentalitetindən və Rusiyanın təsirindən çıxarılması məsələsidir", - Zurabişvili bildirib.