“Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı sildi - YENİLƏNİB
“Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı ilə bağlı məlumatı silib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bundan əvvəl "Mehr" agentliyi bildirib ki, helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian xəsarət almayıb.
17:35
***
Helikopteri sərt eniş etdikdən sonra göyərtədə olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir-Abdullahian sağ qalıblar.
Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Bildirilib ki, onlar avtomobillə Təbrizə yola düşüblər.
***
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.
Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.
Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub.