İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik - Türkiyə XİN

 21:59 19.05.2024     318

Türkiyənin Xarici İşlər Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin sərt eniş etməsi xəbəri ilə bağlı açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, bu barədə nazirliyin “X”dəki hesabında paylaşım olunub.

Qeyd edilir ki, Türkiyə İranda helikopter qəzası ilə bağlı xəbərləri üzüntü ilə izləyir.

“Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla İran rəsmilərinin sağ-salamat olduqlarına ümid edir və qardaş İran xalqına keçmiş olsun deyirik. Axtarış-xilasetmə fəaliyyətlərinə hər cür dəstəyin göstərilməsi üçün tədbirlər görülür”, - Türkiyə XİN bildirib.