İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapılması üçün peyk sistemi işə salındı
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapılması üçün "Kopernik" peys sistemi işə salınıb. Bu barədə Avropa İttifaqının böhranların idarə olunması üzrə komissarı Yaneş Lenarcic özünün "X" hesabında məlumat verib.
Redaktor.az xəbər verir ki, onun sözlərinə görə, İrandan daxil olan sorğu əsasında peyk aktivləşdirilib.
"Kopernik" - Avropa İttifaqının Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq etdiyi, Yeri müşahidə edən peyk sistemidir.
Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisinin olduğu helikopter 19.05.2024 tarixində Şərqi Azərbaycan əyalətində qəza enişi edib. Helikopterin axtarışı davam edir.