Tehranda təhlükəsizlik səviyyəsi artırılır
Hazırda Tehran şəhərinin müxtəlif yerlərində təhlükəsizlik səviyyəsi artırılır.
Redaktor.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə paytaxtında təhlükəsizlik məntəqələri yaradır.
Qeyd edək ki, İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Hava karvanında üç helikopter olub, nazirlər və rəsmilərin olduğu iki helikopter sağ-salamat təyinat yerinə çatıb. Prezidenti aparan helikopterdə Təbrizin cümə imamı Ayətullah əl-Haşem və xarici işlər naziri Əmir Abdullahian da olub.