Paşinyan İrana başsağlığı verdi

 09:30 20.05.2024     184

Ermənistanın baş naziri Nikol Paşinyan İranın ruhani lideri Əli Xamneyiyə İslam Respublikasının prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahyan və onları müşayiət edən nümayəndə heyətinin vəfatı ilə əlaqədar başsağlığı teleqramı göndərib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə  hökumətin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan Respublikasının hökuməti və xalqı adından əziz dostum və həmkarım, prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşayiət edənlərin faciəvi ölümü ilə əlaqədar səmimi başsağlığı verir və təsəlli sözləri göndərirəm. İran İslam Respublikası hökumətinə və xalqına dəstək sözlərini bildirirəm: “Bu çətin zamanda sizə güc və əzm arzulayıram”.

Paşinyan “İran İslam Respublikası üçün bu çətin dövrdə Ermənistan Respublikası və erməni xalqının dost və qonşu dövlət və xalqın yanında olduğunu” vurğulayıb.

Humay İSGƏNDƏRLİ