İranda prezident səlahiyyətlərini bu şəxs icra edəcək
İranın birinci vitse-prezidenti Məhəmməd Moxber seçkilər keçirilənə qədər İslam Respublikasının prezidenti vəzifəsini icra edəcək.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, İran Konstitusiyasının 131-ci maddəsinə əsasən, prezident qəfil vəfat etdiyi halda onun səlahiyyətlərini ölkə rəhbərliyinin təsdiqi ilə birinci vitse-prezident icra edir.
Yeni prezident isə 50 gündən gec olmayaraq seçilməlidir.
Humay İSGƏNDƏRLİ