Helikopter qəzasında həlak olanların meyitləri Təbrizə göndərildi
İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların meyitləri Təbrizə göndərilib.
Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə Qızıl Aypara məlumat yayıb.
Axtarış əməliyyatlarının başa çatdığı bildirilir.
Xatırladaq ki, ötən gün İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub.
Qeyd edək ki, helikopter qəzasında həlak olanların adları açıqlanıb:
1. Prezident İbrahim Rəisi
2. Höccətül-İslam Seyid Məhəmməd Əl Haşemi
3. İmam Cümə Təbrizi
4. Xarici işlər naziri Hüseyn Əmir Abdullahian
5. Şərqi Azərbaycanın qubernatoru Malik Rəhməti
6. Pilot
7. İkinci pilot,
8. Sərnişin köməkçisi,
9. Mühafizə dəstəsinin rəhbəri
10. Mühafizəçi
T.İSMAYIL