Rəsinin ölümü ilə əlaqədar bu ölkələrdə matəm elan olundu - YENİLƏNİB

 17:24 20.05.2024     773

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar daha bir neçə ölkədə milli matəm elan edilib.

Redaktor.az xəbər verir ki, İraq və Hindistan 21 mayı matəm günü elan edib.

Suriya və Livanda isə üç günlük matəm elan edib.

Xatırladaq ki, İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.

***

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzası nəticəsində həlak olması ilə əlaqədar Pakistanda birgünlük matəm elan edilib.

Redaktor.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şerif hadisə ilə bağlı İran rəhbərliyinə və xalqına verdiyi başsağlığında bildirib.

Baş nazir qeyd edib ki, Prezident və onun tərəfdaşlarına hörmət əlaməti olaraq qardaş İranla həmrəylik nümayiş etdirmək üçün Pakistanda ictimai matəm keçiriləcək, ölkənin bayrağı yarıya qədər endiriləcək.