Sabah İran parlamentinin ilk açıq iclası keçiriləcək
İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra parlamentin ilk açıq iclası mayın 21-də baş tutacaq.
Redaktor.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Məlumata görə, iclas sabah səhər saatlarında keçiriləcək.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.