“Akıncı” İran Prezidentinin qəzaya uğradığı helikopterin yerini belə tapdı - VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün İran Prezidenti İbrahim Rəisi və digər İran rəsmilərini daşıyan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində Prezident başda olmaqla helikopterdə olan hər kəs həlak olub.
Redaktor.az İRNA-ya istinadla xəbər verir ki, xilasetmə mənbələri bu gün səhər saat 5:40-da Prezidentin helikopterinin yerini tapdıqlarını açıqlayıb.
Eyni zamanda, Türkiyənin “Akıncı” pilotsuz təyyarəsi bir neçə saat əvvəl İran rəsmilərinə müvafiq məlumat göndərib.
"Akıncı" PUA-sının qəza yerini müəyyənləşdirdiyi görüntüləri təqdim edirik:
T.İSMAYIL