XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcək

 12:35 20.05.2024     248

İranın xarici işlər nazirinin müavini Əli Baqeri XİN başçısı səlahiyyətlərini icra edəcək.

Redaktor.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, Əli Baqeri, həmçinin İran hökumətinin xarici əlaqələr komitəsinin rəhbəri təyin edilib.

Qeyd edək ki, xarici işlər naziri Hüseyin Əmir Abdullahian mayın 19-da helikopter qəzasında həlak olub.