Alman deputat hökumətin ordu siyasətini tənqid etdi
Almaniya ordusunun böyük və davamlı maliyyə artımına ehtiyacı var, vəsait çatışmazlığı yanlış siyasətin əlamətinə çevrilib.
Redaktor.az xəbər verir ki, bunu DPA-ya müsahibəsində Xristian Sosial Birliyinin deputatı Florian Han deyib.
"Bundesver üçün kifayət qədər maliyyənin olmaması səhv siyasətin və hökumətin öz təhlükəsizliyimizlə bağlı məsələlərdə hərəkətsizliyinin əlamətidir", - deyə o bildirib.
Qeyd edilib ki, Almaniyada 2022-ci ildə ordunun modernləşdirilməsi üçün 100 milyard avroluq xüsusi fond yaradılıb. Bu il müdafiə xərcləri bu fondun vəsaiti hesabına ÜDM-in 2%-nə qədər artırılacaq. Eyni zamanda, indi demək olar ki, tükənib və xərcləri indiki səviyyədə saxlamaq üçün əlavə maliyyə vəsaiti tələb olunacaq. Lakin Almaniyanın müdafiə naziri Boris Pistorius sərt qənaət səbəbindən hələ ki, buna nail ola bilmir.
Dövlət büdcəsindən müdafiə ehtiyacları üçün xərclər, xüsusi fonddan ayırmaları nəzərə almasaq, 2024-cü ildə təxminən 52 milyard avro təşkil edəcək.
Almaniya hakimiyyəti dəfələrlə Ukraynaya hərbi yardımla bağlı boşluqları doldurmaq üçün öz ehtiyacları üçün aktiv şəkildə silah almağa hazırlaşdıqlarını bildirib.
Silah istehsalçısı "Rheinmetall" şirkətinin rəhbəri Armin Papperger Almaniya hökumətindən müdafiə xərclərini 30 milyard avro artırmağı xahiş edib.
Turan İSMAYIL