Məşhəddə küçə və ya meydanlardan birinə Rəisinin adı veriləcək
Məşhəd şəhərinin küçə və ya meydanlarından birinə helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin şərəfinə ad veriləcək.
Redaktor.az "Tasnim" agentliyinə istinadla bildirir ki, bu barədə şəhər şurasının rəhbəri Həsən Moxdiyan məlumat verib.
"İclasda Məşhəd şəhərinin İslam Şurasının üzvləri şəhərin əsas küçə və ya meydanlarından birinə İbrahim Rəisinin şərəfinə ad vermək qərarına gəliblər", - o deyib.
Mərhum prezidentin Məşhəddən olduğu qeyd edilir.
T.İSMAYIL