Rəisinin ölməzdən öncə helikopterdə son görüntüləri - VİDEO

 15:36 20.05.2024     205

Xəbər verildiyi kimi, ötən gün İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzaya düşüb. Nəticədə dövlət başçısı başda olmaqla hər kəs həlak olub.

Qeyd edək ki, hadisədən öncə Azərbaycan-İran sərhədində bu iki ölkənin prezidentləri İlham Əliyev və İbrahim Rəisi arasında görüş keçirilib, həmçinin dövlət başçılarının iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi baş tutub. Daha sonra İbrahim Rəisi ölkəsinə dönərkən helikopter qəzasına düşüb.

Onun ölümü ilə bağlı İranın Ali Dini lideri Ayətullah Xamenei tərəfindən ölkədə 5 günlük matəm elan olunub.

Redaktor.az İRNA-ya istinadla İbrahim Rəsinin qəzadan öncə helikopterdə çəkilmiş videosunu təqdim edir:

T.İSMAYIL