İranlılar həlak olmuş prezidentin xatirəsinə kütləvi yürüşlər keçirəcək
İranlılar İslam Respublikasının helikopter qəzasında vəfat etmiş prezidenti İbrahim Rəisinin xatirəsini yad etmək üçün ölkə boyu kütləvi yürüşlər keçirmək niyyətindədirlər.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Fars agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, mayın 20-də axşam saatlarında İran xalqı prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə yürüşlər keçirmək üçün bütün ölkə üzrə toplaşacaq. Tehranda yürüş yerli vaxtla saat 16:00-da Vəli Əsr küçəsində baş tutacaq.
T.İSMAYIL