BCM Netanyahu üçün həbs orderi verə bilər

 16:06 20.05.2024     251

İsrail Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin Baş naziri Binyamin Netanyahu və Yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant haqqında həbs qərarı verməsini biabırçı və ikiüzlü addım kimi qiymətləndirir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı Netanyahuya yaxın diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Bu, həyata keçiriləcəyi təqdirdə qlobal miqyasda biabırçılığa çevriləcək qərardır. İkiüzlülüyün həddi-hüdudu yoxdur", - mənbə bildirib.

Kanal 13-ün məlumatına görə, İsrailin yüksək rütbəli rəsmiləri hazırda BCM-dəki vəziyyətlə bağlı təcili görüşlər keçirir. Netanyahu və Qalant hələlik ictimaiyyətə açıqlama verməyiblər.

Bir müddət əvvəl BCM-nin prokuroru Kərim Xan bildirib ki, o, Netanyahu və Qalantın həbsinə order verilməsi tələbi ilə məhkəməyə qədərki palataya müraciət edib. Sənəddə qeyd edilir ki, toplanmış sübutlara əsaslanaraq, prokurorların hər ikisinin “ən azı 8 oktyabr 2023-cü ildən bəri Fələstin ərazisində (Qəzza zolağı) törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığına” inanmaq üçün əsaslı əsasları var.

BCM prokurorları 2021-ci ildə Fələstin ərazilərində araşdırmalara başlayıb. Departament o zaman qeyd edib ki, araşdırmalar İsrail qüvvələri, HƏMAS və digər silahlı Fələstin qrupları tərəfindən Qəzza zolağında törədilmiş mümkün müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlıdır. Prokuror Kərim Xan daha əvvəl vurğulayıb ki, 2023-cü il oktyabrın 8-də başlayan İsrail-Fələstin münaqişəsinin qızışması zamanı törədilmiş cinayətlər də prokurorluğun mandatına daxildir. 

Turan İSMAYIL