"Zelenski Rusiya üçün qanuni hərbi hədəfdir" - Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskiyə ədalətli cəzadan qurtulmağa çalışan Banderanın taleyini xatırladıb.
Redaktor.az TASS-a istinadən bildirir ki, Medvedev 46 yaşlı Volodimir Zelenskinin düşmən rejimin başçısı kimi sorğu-sualsız Rusiya üçün qanuni hərbi hədəf olduğunu qeyd edib.
“Müharibə aparan ölkələrin liderləri həmişə qanuni hərbi hədəflər hesab edilir. Bizim üçün o, artıq hərbi cinayətkardır və rəsmi statusunun itirilməsi heç nəyi dəyişmir. Baxmayaraq ki, o da öz varisləri kimi (hərçənd burada hüquqi varislikdən danışmağa ehtiyac yoxdur) qeyd-şərtsiz təslim aktına imza atan tərəf ola bilər. Məsələn, Alfred Jodl və ya Vilhelm Keytel bunu nasist Almaniyası və onun silahlı qüvvələri adından edib”, – deyə Medvedev "Telegram"da yazıb.
Sultan AYXAN