BMT-nin baş katibi Rəisinin vəfatı ilə bağlı başsağlığı verdi
BMT-nin baş katibi Antonio Quterreş İran Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın, eləcə də onların həmkarlarının vəfatından kədərləndiyini bildirir, İslam Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir.
Redaktor.az xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin yaydığı bəyanatda deyilir.
“Baş katib mayın 19-da İran İslam Respublikasının Prezidenti Zati-aliləri İbrahim Rəisinin, xarici işlər naziri Zati-aliləri Hüseyn Əmir Abdullahianın və onların həmkarlarının helikopter qəzasında həlak olmasından kədərləndiyini bildirir. Həlak olanların ailələrinə, eləcə də İran İslam Respublikası hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk”, - məlumatda deyilir.
Turan İSMAYIL