Ukraynalılar Zelenskinin müharibəyə göndərilməsini tələb edir
Ukraynalılar Prezident Volodimir Zelenskiyə legitimliyini itirmiş hesab etdikləri üçün çağırış vərəqəsi verilməsini tələb ediblər.
Redaktor.az "mk.ru"ya istinadən xəbər verir ki, bununla bağlı petisiya Ukrayna Prezidentinin rəsmi saytında elektron ərizələr bölməsində yerləşdirilib.
Petisiyanın nəzərdən keçirilməsi üçün 25 min səs toplanmalıdır.
Qeyd edək ki, bu gün Ukrayna Prezidentinin səlahiyyət müddəti başa çatıb - beş il əvvəl, 2019-cu il mayın 20-də Vladimir Zelenski prezident kimi fəaliyyətə başlayıb.
Ölkənin hərbi vəziyyəti isə preziden seçkilərini keçirməyi qadağan edir.
Sultan AYXAN