BMT TŞ İranda helikopter qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdi
BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın da həlak olduğu helikopter qəzasında ölənlərlə bağlı bir dəqiqəlik sükut elan edilib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, iclas iştirakçıları həlak olanların xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.