İran Prezidentinin ölümündən sonra Qərbin növbəti hədəfinin adı AÇIQLANDI
Rusiyalı politoloq Sergey Markov hesab edir ki, Qərb İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra Macarıstanın Baş naziri Viktor Orbana qarşı da sui-qəsd təşkil edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "news.ru" yazıb.
Ekspert bundan əvvəl Slovakiyanın Baş naziri Fikoya, Serbiya Prezidenti Aleksandr Vuçiçə, Səudiyyə Ərəbistanının vəliəhdi bin Salmana sui-qəsd cəhdlərinin və Türkiyədə dövlət çevrilişinin olduğunu da xatırladıb.
Politoloqun fikrincə, bu hadisələr Rusiya ilə deyil, bu ölkələrin Vaşinqtona itaətsizliyi ilə əlaqələndirilməlidir.
"Bir ay ərzində Vaşinqtonun rəqiblərinə zərbələr endirildi, buna görə də Orban və BƏƏ rəhbərliyi təhlükəsizlik səviyyələrini artırmalıdırlar",- deyə o əlavə edib.
Sultan AYXAN