Pentaqondan Rəisinin həlak olmasına REAKSİYA

 22:22 20.05.2024     241

ABŞ-nin müdafiə naziri Lloyd Ostin İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra Vaşinqtonun hələlik Yaxın Şərqdə regional təhlükəsizliyə birbaşa təhdid görmədiyini bildirib.

Redaktor.az-ın xarici mediaya istinadla məlumatına görə, o qeyd edib ki, ABŞ ordusu vəziyyətə nəzarət edir. Ostin, Rəisinin ölüm səbəbi ilə bağlı dəqiq məlumatın hələ mövcud olmadığını da açıqlayıb.

"Qüvvələrimizə və döyüş hazırlığına gəlincə, biz monitorinqi davam etdiririk. Hazırda daha geniş regional təhlükəsizliyə heç bir təsir görmürəm", - deyə Pentaqon rəhbəri brifinqdə bildirib..

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisi, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Məlek Rəhməti və Təbrizdəki Cümə məscidinin imamı Seyid Məhəmməd-Əli əl-Haşemi, habelə ekipaj və mühafizəçini daşıyan Amerika istehsalı olan Bell-212 helikopteri mayın 19-da qəzaya uğrayıb. Bu, İran-Azərbaycan sərhədinə yaxın Verzeqan şəhərinin dağlarında baş verib.

İranın İRNA xəbər agentliyi yazır ki, qəzaya səbəb təyyarənin texniki nasazlığı olub. Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu təyyarənin sərt enişdən əvvəl heç bir həyəcan siqnalı vermədiyini bildirib. Onun sözlərinə görə, qəza ötürücü sistemi yox olub və ya sıradan çıxıb.

Turan İSMAYIL