ABŞ İrana qarşı sanksiya təzyiqlərini davam etdirəcək - Metyu Miller
Birləşmiş Ştatlar ölkə prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başına gələnlərə baxmayaraq, İrana qarşı sanksiyaları tam saxlayacaq.
Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinq zamanı bildirib.
“Biz sanksiyalar rejiminə görə qətiyyən üzr istəmək fikrində deyilik. İran hökuməti öz təyyarələrindən terrora dəstək üçün avadanlıq daşımaq üçün istifadə edib. Bununla əlaqədar, biz sanksiyalar rejimini, o cümlədən İran hökumətinin istifadə etdiyi təyyarələrə qarşı sanksiyaları tam şəkildə həyata keçirməyə davam edəcəyik”, - departament nümayəndəsi bildirib.
Onun sözlərinə görə, xarici siyasət departamentinin başsağlığı "heç bir halda İran rejimi və onun öz xalqına qarşı cinayətləri ilə bağlı fundamental fikirlərimizi pozmur".
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter Azərbaycanla sərhədə yaxın dağlarda qəzaya uğrayıb.
Prezidentin səlahiyyətləri 50 gün müddətinə birinci müavini Məhəmməd Moxberə verilib. Ölkədə növbədənkənar dövlət başçısı seçkiləri keçiriləcək.
Təyyarədə xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir sıra digər İran rəsmiləri də olub. Xarici işlər nazirinin müavini Əli Baqiri Kani İslam Respublikası departamentinin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edilib.
Turan İSMAYIL