İrandakı helikopter qəzasında diqqətdən yayınan məqamlar - VİDEO

 09:20 21.05.2024     233

Türkiyədə ekspert İlyas Bozkurt “Haber Global” telekanalının studiyasında İran Prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya düşməsi ilə bağlı diqqətdən yayınan məqamlara toxunub.

Redaktor.az xəbər verir ki, ilk diqqət çəkən məqam İranın dövlət başcısının daşınması üçün nəzərdə tutulan helikopterin istehsal tarixidir. Digər tərəfdən, pilot dumanlı havada səfərini təxirə salmalı idi.

“Səfər planı əvvəlcədən hazırlanır. Əgər havada hər hansı dəyişiklik varsa, müvafiq quruma məruz edilir. “Bell 412” helikopterləri 1979-cu il üçün müasir olsa da, 2024-ci il üçün çox köhnədir”, - deyə o bildirib.

Mütəxəssis hesab edir ki, helikopter hər hansı bir maneə ilə toqquşmayıb: “Helikopter yerə düşüb. Və yerə dəydikdən sonra yanmağa başlayıb. Raketlə vurulsa idi, tamam fərqli mənzərə olardı”.