ABŞ senatorları Netanyahunun həbsininin tərəfdarıdır
ABŞ senatoru Sanders Netanyahu və Gallantın həbs edilməsini dəstəkləyir.
Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, ABŞ-ın respublikaçı senatoru Bernie Sanders Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin baş naziri Binyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Gallantın Qəzza zolağındakı hərəkətlərə görə həbsinə order verilməsini dəstəkləyir.
"Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru belə bir addım atmaqda haqlıdır. Bu həbs orderləri icra oluna da, icra olunmaya da bilər, lakin qlobal ictimaiyyətin beynəlxalq hüquqa hörmət etməsi çox vacibdir”, - Sanders bildirib.
Humay İSGƏNDƏRLİ