Təbrizdə İbrahim Rəisi və Hüseyn Əmir Abdullahianla vida mərasimi keçirilir - VİDEO

 10:47 21.05.2024     314

Təbrizdə helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın IRNA agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün İbrahim Rəisinin dəfn mərasiminin mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcəyi açıqlanmışdı.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.