Suriyanın birinci xanımının ağır xəstəliyi açıqlandı

 12:10 21.05.2024     341

Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə leykoz diaqnozu qoyulub.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət başçısının administrasiyası məlumat yayıb.

Xatırladaq ki, 2019-cu ildə Bəşər Əsədin həyat yoldaşı xərçəng xəstəliyinə qalib gəldiyini açıqlamışdı.

Ona xərçəng diaqnozu qoyulması faktı ilk dəfə 2018-ci ilin avqustunda məlum olub.