İranda prezident seçkiləri ilə bağlı qərar VERİLDİ

 15:33 21.05.2024     237

İran Konstitusiyasının Keşikçilər Şurası İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi qərarını təsdiqləyib. 

Redaktor.az xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.

O, IRIB telekanalında bildirib ki, “Keşikçilər Şurası iyunun 28-də prezident seçkilərinin keçirilməsinə razılıq verib".

Turan İSMAYIL