Paşinyan MKİ-nin direktor müavini ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

 16:15 21.05.2024     260

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinin müavini Devid Koen İrəvanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Paşinyan və Koen həm ikitərəfli, həm də beynəlxalq gündəm üzrə fikir mübadiləsi aparıblar.

Turan İSMAYIL