"American Freedom House" Rusiyada arzuolunmaz elan edildi

 17:36 21.05.2024     270

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Amerikanın “Freedom House” qeyri-hökumət təşkilatını Rusiya Federasiyası ərazisində fəaliyyəti arzuolunmaz kimi tanınan xarici və beynəlxalq qeyri-hökumət təşkilatları siyahısına əlavə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə nazirliyin saytındakı materiallarda bildirilir.

Siyahıya həmçinin Estoniyanın KKK təşkilatı - Kareliyanın işğalına son qoyulması və Ukrayna Beynəlxalq Xeyriyyə Fondu “Turn Alive” daxil edilib.

Bundan əvvəl Rusiya Federasiyasının Baş Prokurorluğu bu təşkilatların fəaliyyətini Rusiya ərazisində arzuolunmaz hesab etmək qərarına gəlib.

Turan İSMAYIL