Trampın sosial şəbəkəsi milyonlarla dollar itki ilə üzləşib

 17:58 21.05.2024     245

Donald Trampın sosial şəbəkəsi milyon dollarlıq itkilər barədə məlumat verib. 

Redaktor.az xəbər verir ki, "Trump Media and Technology Group" (TMTG) idarəedici şirkətinin hesabatına əsasən, birinci rübün nəticələrinə görə, "Truth Social" 327,6 milyon dollar zərər alıb. 

Bu il "Truth Social", səhmlərini ictimaiyyətə təqdim etmək üçün SPAC şirkəti "Digital World Acquisition" ilə müqavilə bağlamaq üçün 6,3 milyon dollar xərcləyib. Daha 311 milyon dollar veksellərin konvertasiyasına və IPO başa çatana qədər borc öhdəliklərinin ödənilməsinə sərf edilib.

ABŞ-nin keçmiş prezidentinin sosial şəbəkəsinin üç ay ərzində itkiləri bütün ötən illə müqayisədə artıq bir neçə dəfə çoxdur. Müqayisə üçün: 2023-cü ilin yanvar-dekabr aylarında şirkətin itkiləri cəmi 58 milyon dollar təşkil edib.

TMTG vəziyyətin kritikliyini etiraf etməkdən imtina edir.

Bundan əvvəl Tramp sosial şəbəkəsinin paylaşımlarının azalması səbəbindən dünyanın 500 ən varlı adamı siyahısından çıxıb.

Turan İSMAYIL