Almaniya Zelenskini Ukrayna prezidenti hesab etməyə davam edəcək

 18:17 21.05.2024     285

Almaniya hesab edir ki, Volodimir Zelenskinin səlahiyyət müddəti başa çatmasına baxmayaraq, Ukrayna prezidenti olaraq qalır və seçkilərin hərbi vəziyyət başa çatdıqdan sonra keçiriləcəyini gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səfəri zamanı ukraynalı həmkarı Dmitri Kuleba ilə keçirdiyi mətbuat konfransında bildirib.

“Volodimir Zelenski Ukraynanın qanuni prezidentidir və biz qarşımızda duran vəzifələri birlikdə həll edəcəyik, təkcə Ukraynanın deyil, həm də digər ölkələrin konstitusiyasına uyğun olaraq, Ukraynada gedən islahatları müşayiət edəcəyik. Hərbi vəziyyət zamanı seçkilərin keçirilməsi qeyri-mümkündür. Bu, məsələn, Almaniya Federativ Respublikasının Əsas Qanununda yazılıb ki, hərbi vəziyyət dövründə kadans davam edir və müharibə başa çatdıqdan sonra yalnız altı aydan sonra seçkilər keçirilə bilər”, - deyə o bildirib. Mətbuat konfransı Ukrayna Xarici İşlər Nazirliyinin “Facebook” səhifəsində yayımlanıb.

Turan İSMAYIL