Kişi liftdə moskvalı qadına hücum etdi

 18:27 21.05.2024     296

Rusiyanın paytaxtı Moskvada bir nəfər tanımadığı şəxsə liftdə hücum edib və hədə-qorxu gələrək onu təhqir edib.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin paytaxt üzrə Baş İstintaq İdarəsi məlumat yayıb.

İstintaqın məlumatına görə, hadisə mayın 20-də Marşal Vasilevski küçəsində yerləşən yaşayış binasının liftində baş verib. Naməlum şəxs qadına hücum edərək başını ən azı 3 dəfə döşəməyə vuraraq hədə-qorxu gəlib, sonra isə ona qarşı cinsi zorakılıq edib. Bundan sonra hücum edən şəxs yoxa çıxıb və zərərçəkən hüquq-mühafizə orqanlarına ərizə yazıb.

Faktla bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyən edərək onu saxlayıblar. Adama qarşı ittiham irəli sürülüb. İstintaq təqsirləndirilən şəxsin həbsə alınması üçün vəsatət qaldırmağı planlaşdırır.

İdarədən bildirilib ki, faktla bağlı sübutların toplanması və möhkəmləndirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

T.İSMAYIL