Ukrayna Krımda Rusiyanın “Cyclone” raket gəmisini vurdu
Ukrayna müvəqqəti işğal olunmuş Krımda Rusiyanın "Cyclone" gəmisini vurub.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmən təsdiqləyib. Qeyd olunur ki, gəmi mayın 19-na keçən gecə vurulub.
“Yenilənmiş məlumata görə, mayın 19-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Sevastopolda Rusiyanın “Project 22800 Cyclone” raket gəmisini vurub", - xəbərdə deyilir.
Turan İSMAYIL