İsrailin bu şəhərində hava hücumu xəbərdarlığı elan edildi
İsrailin cənubundakı Aşkelon şəhərində mərmi təhlükəsi barədə xəbərdarlıq edən sirenlər səslənib.
Redaktor.az xəbər verir ki, ordunun mətbuat xidmətinin verdiyi məlumata görə, bu, mayın 18-dən bəri Aşkelonda hava hücumu xəbərdarlığı ilə bağlı hərbçilərin ilk mesajıdır.
Aşkelon Qəzza zolağına ən yaxın İsrailin ən böyük şəhəridir. Əhalisi 149 min nəfərdir, Aralıq dənizi sahilində, Təl-Əvivdən 57 km cənubda və Fələstin anklavı ilə sərhəddən 12 km şimalda yerləşir.
Turan İSMAYIL